Şimali İrlandiya Futbol Federasiyası millinin baş məşqçisi Maykl O`Nil yeni müqavilə imzalayıb.
Offsideplus.az Goal.az-a istinadən xəbər verir ki, tərəflər 4 illik yeni anlaşma imzalayıb.
O`Nilin əvvəlki sözləşməsi 2020-ci ildə başa çatırdı. Beləliklə, 48 yaşlı mütəxəsis 2024-cü ilə kimi milli komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, təcrübəli mütəxəssis 2013-cü ildən Şimali İrlandiya yığmasını çalışdırır. Onun rəhbərliyi altında komanda AVRO-2016-da 1/8 finala qədər irəliləmişdi. 2018-ci il dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer alan britaniyalılar pley-offda iştirak hüququ qazansa da, Danimarka səddini keçə bilməmişdi (0:0, 1:5).